Uçub getdi, izi qaldı,Tanrı məndən razı qaldı,Əllərimdə tozu qaldıKəpənək qanadlarının.

Kəpənəklər uçur, uçur,Göymü baha, yermi ucuz?Qəlbimə dəydi bir ucuKəpənək qanadlarının.

...Özümü duyub ağlayam,Gözümü yumub ağlayam,Üzümü qoyub ağlayamKəpənək qanadlarına.

Sevmirəm səni, bağışla,Bağışla, yenə bağışla,Bağışla məni, bağışlaKəpənək qanadlarına.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets