Çırpın məndən
Birdəfəlik köçüb gəldim,Yeri, göyü ölçüb gəldim,Qaranlıqdan keçib gəldim,Ulduzları çırpın məndən.
İpək köynək istəyirəm,Qızıl eynək istəyirəm,Bir qız sevmək istəyirəm,Bu qızları çırpın məndən.
Oyaq qalmaq istəmirəm,Tez qocalmaq istəmirəm,Şair olmaq istəmirəm,Bu sözləri çırpın məndən.
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-cirpin-menden
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Axtı
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
DüşmüşəmArif olan, diqqət elə, fəhm elə,Bir gözəl əlindən belə düşmüşəm.
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Hicrani-yar eylədi halu dilim xərabHicrani-yar eylədi halu dilim xərab,Suzi-dərunim etdi cahan əhlini kəbab.