Mənim bu dünyayla bir alverim var;aldığım-verdiyim nəfəsdi, nəfəs.Daha özgə bazar açan deyiləm,ölüncə bu alver mənə bəsdi, bəs.

Aldım nəfəsimi quş dimdiyindən,Ocaq tüstüsündən,çiçək iyindən.Üzümə çırpılan yağışa-qara,küləklərə verdim öz nəfəsimi.Nəfəsim toxundu gül dodaqlara,aldı neçə-neçə qız nəfəsimi.

Canavar ağzından keçdi nəfəsim.İlan boğazından keçdi nəfəsim.

İlahi, nə yaman əliaçıqsan,bir quru nəfəsi az bildin mənə.Yarpaqladı, çiçəklədi nəfəsim,ilahi, dil verdin, söz verdin mənə.Sözlər nəfəsimi dərdi, apardı,

Sevinci apardı,dərdi apardı.

Çiçəyi, yarpağı sovulub-gedənbir ağac kimiyəm bu yer üzündə.Hələ ki, qorxmuram son nəfəsimdən,hələ ki, diriyəm bu yer üzündə.

Amma uzaq deyil ölüm xəbərim,dünyanın havası çirklənir, Allah.Dözmür bu havaya şair ciyəri,şairlər azalır, tükənir, Allah.

Artır canımın da hirsi-acığı,bir az çirk qarışır hər nəfəsimə.Yavaş-yavaş dünyanın çirki çıxırbu şerimə-şözümə.

…İnsana, heyvana, hər nəyə desənsən nəfəs vermisən axı, ilahi.Qoyma, bu dünyanın çirki deyəsənsənin nəfəsini çıxır, ilahi.Sən göydə, mən yerdə -düşürük heydən,Sən göydə, mən yerdə -tək qalmışıq, tək.Son şair boğulub öləndə, -göydənÖlü Allah düşəcək…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love