Torpaq
Torpaq yuxudan yumşaq,göy üzü gözdən duru.Bu torpaqla göyün arasındaölməklə necəsənbu gecə yarısında?!
Torpaq elə yumşaqdı ki,adam öləndə beləYıxılıböz kobud bədəniyləbu torpağı ağrıtmağa utanır.
Torpaq yuxudan yumşaq...Kimin yuxusundan, atam?!Səninmi?Mənimmi?Bizim yuxumuza yıxılan adamparçalanarparça-parça.
Torpaq yuxudan yumşaq...Elə yumşaqdı ki,bizdən sonra yüz il dəsaxlar ləpirlərimizi.
Yurdsuz pişiklər gecələyərləpirlərimizdə.Sonra torpaq daşlaşar,daşlaşar ləpirlərimiz,daşlaşar pişiklər...
...Və yüz il sonra bir adaməyilib» bir daş qaldırarləpirimizdən,bir itə atmaq istər -Və əlində qorxudanmiyoldayar daş...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-torpaq
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Gəncüm ağa, vilayətin dərdiniƏlbəttə get sahibkara ərz elə
MüstəqillikSən toxuna bilərdinLeninin heykəlinə?
Brejnevin son illəri*Tankları döyüşən Əfqanıstana göndərirdi,yemək-içməyi ağlayan Ermənistana,
Oğlum Əhməd Tofiqə vəsiyyətimBizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.