Torpaq örtdü hər şeyi
Torpaq örtdü hər şeyi;yollar, izlər örtüldü.Axtarıb-axtarıb tapammadığım,Tapanda doyunca öpəmmədiyimala gözlər, qara gözlər örtüldü.Şairlərin neçəsini azdırıb,Cavanını, qocasını azdırıb,dünyada tək mənim şair bəxtimədüşən sözlər örtüldü, -torpaq örtdü hər şeyi.
Bu nə torpaqdı, Allah?!Ürəyimin başındanqabardı-qalxdı, Allah.Bir ah çəkdim, ahımdan səpələndi,qəbir kimi təpələndi üstümdə.Uddu, uddu, uddu bu torpaq məni;Nə vətəndə, nə qürbətdə,Nə şəhərdə, nə kənddə,Uzaqda yox, yaxında, lap yaxında,Ürəyimin torpaHındabasdırdı Allah məni, -Torpaq... torpaq... torpaq örtdü hər şeyi...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-torpaq-ortdu-her-seyi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Dilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Dözə bilməsəm dəOğlum Araza*İlk dəfə arxanca su atdım, oğul,
GərəkdirAşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.
Qızıl şahinlərTərlan kimi qıy vuraraq buludlardan-buludlara,Uçub gedir şahinlərim dumanları yara-yara.