Yenə də, aldandım bu çiçəklərə
Bu şəhərin ağaclarıdərd əlindən çiçəkləyib,Xanımlarıgözlərinin kədərini rəngləyib,Kişiləri borc altında.Darıxmaqdan oğlanları-qızlarıöpüşür ağac altında.Ağaclarıdərd əlindən çiçəkləyib.
Çiçəklərdən çəkə bilmir gözünü,baxır, baxır, doymur adam.İstəyir assın özünü,ağaclara qıymır adam.
...Yenə də, yaz gəlib bu yad şəhərə,Necə çıxdım mən bu yaza?..Bilmədim.Yenə də, aldandım bu çiçəklərə,Yenə də, özümü asa bilmədim...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-yene-de-aldandim-bu-ciceklere-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Dəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
Gəhi casusə üz tutdum, gəhi dildarə yalvardımGəhi casusə üz tutdum, gəhi dildarə yalvardım,Bulardan naümid oldum, dönüb əğyarə yalvardım.
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
GörümBülbül kimi bu gülşənə gəlmişəm,Lalə görüm, sünbül gorüm, gül görüm.