Bu hörümçək ölə-öləÖzünün torunu hörür.Uzaqlara çatmır əli,Sağını-solunu hörür.

Candan çıxır hər ilməsi,O tordu evi, türməsi,Qocalıb, tor görür gözü,Gözünün torunu hörür.

Yel vurduqca toru əsir,Titrəyir əl-qolu, əsir,Bəlkə öz qəbrini qazır,Bəlkə öz gorunu hörür...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets