Bir az uzun çəkdi ömrüm deyəsən
Bir az uzun çəkdi ömrüm deyəsən,deyəsən dostlar da darıxdı bir az...
Məni yedirtməkdən yoruldu dünya,çörəyi yoruldu, suyu yoruldu.Məni gəzdirməkdən bezdi yolları,gözümə baxmaqdan göyü yoruldu.İstəyənlər istəməkdən yoruldu,Pisləyənlər pisləməkdən yoruldu. -bir az uzun çəkdi ömrüm deyəsən.
Yollar ayağımın altından qaçır,Deyirlər, düş daha,bu boyda olmaz,Şairin iştahı bu boyda olmaz, -dostlar da birtəhər baxır üzümə.
Nə qədər dostum var,şəhər dolusu,Çoxunun ürəyi qəhər dolusu,Qohumdan,qardaşdan,özgədən küsüb,Baxtından, özündən, güzgüdən küsübçoxu ağlamağa bəhanə gəzir.
Az qalıb, az qalıb, dözün, deyirəm,dostlar, dözün, gedəcəyim gün çatar.Nəyə gücüm çatmasa da,qola qara bağlatmağa,dostları ağlatmağayəqin ki, gücüm çatar...
...Ancaq gücüm çatmır, neyniyim axı.neyniyim axı mən yazıq, -gücüm çatmır bu dünyadan getməyə.Bu dünya Dərbənd qalası,Nə yolu, nə yolağası,Qardaşım, atam balası,gücüm çatmır bu dünyadan getməyə.
Sarmaşıb qol-qıçımayaşıl-yaşıl otları.Bomboz buludları basır başımdan,Çayları su alır gözüm yaşından,iynəynən gər eşə-eşə,dizimnən yer eşə-eşəAddatdım ömrümü otuz yaşından, -gücüm çatmır bu dünyadan getməyə.
Dalımca ağız əyənlər,Şairlərin ehsanını yeyənlər,Şair olancavan ölər, - deyənlər,Mənim şair olmağa gücüm çatmır,Öldür məni, ölməyə gücüm çatmır,gücüm çatmır bu dünyadan getməyə...
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-bir-az-uzun-cekdi-omrum-deyesen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
İlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,