Qədrimi bilmədi bu adam mənim
Bilmirəm hayandan tapdı ömrümü,Bir dəli at kimi çapdı ömrümü,Dağlara-daşlara çırpdı ömrümü,Qədrimi bilmədi bu adam mənim, -ilahi, al məni bunun əlindən!
Kaş mənim ömrümü bu yer üzündəBir özgə adama tuş eləyəydin,Lap məni adam yox, quş eləyəydin,Lap belə bir qara daş eləyəydin,Məni bu adama sən necə qıydın, -ilahi, al məni bunun əlindən!
Al məni, ver məni, özgələrə ver,Qırıq aynalara, güzgülərə ver,Bölünüm, yüz tikə, min tikə olum,bu adam üzümə baxa bilməsin.Məni aynaların qırıqlarındantoplaya bilməsin, yığa bilməsin.
Bölünsəm, dərdim də bölündü bəlkə,hər dərdim yüz tikə, min tikə oldu.Bir dərdim qalmadı özümdən yekə,bütün dərdlərimdən mən yekə oldum.
Bu yerin üstündə, göyün altındabölünsəm, hər tikəm bir yana düşsə,Haçansa, kefinin xoş saatında,ilahi, təzədən yadına düşsəm,Təzədən toplasan qırıqlarımı,Sınıq əllərimi, ayaqlarımı,Ağzımı, burnumu, qulaqlarımı,İlahi, təzədən calasan məni,dünyanın ən gözəl güzgüsü ollam.Təzədən dünyaya yollasan məni,bu adam olmaram, özgəsi ollam, -ilahi, al məni bunun əlindən!..
Kitabxana.az · https://kitabxana.az/en/works/ramiz-rovsen-qedrimi-bilmedi-bu-adam-menim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Könül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
YerdəyişməLap «Sazəndələr» kimiİlin, günün bu çağında,
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül