Lap «Sazəndələr» kimi

İlin, günün bu çağında,Bir məmurun bağında,Altı adam əyləşmişdi,Dördkünc mizin –Dörd yanında.İkisi sağ tərəfdə,İkisi sol tərəfdə.Biri ayaqda,biri başda.Guya iş görəcəklərbu səs-küydə,bu dava-dalaşda.Amma, qoy deyim bəri başdan,Bu onu bəyənmədi,O bunu bəyənmədi.Bu onu əyəmmədi,O bunu əyəmmədi.Göz-gözə deyişdilər,Söz-sözə əyişdilər.Söyüşdülər,Döyüşdülər.Gördülər heç nə çıxmır,Yorulub, süst düşdülər.Bu ona qəzəblə baxdı,O buna nifrətlə baxdı.Altısı da bir yerdəBirdən-birə durdular.Əvvəl, əyləşdikləriYerləri dəyişdilər.Sağdakılar sola keçdi,Soldakılar sağa keçdi,Ayaqdakı başa keçdi,Başdakı ayağa keçdi.Bir müddət dinmədilər,Sükuta qərq oldular,Belə qaldılar.

Dinib danışmadılar,Elə bil ki, laldılar.Amma ki, altdan-altdanBu onun ayağından çəkə-çəkə,O bunun ayağından çəkə-çəkə.Yenə əl-ayağa düşdülər,Bir də yer dəyişdilər,Amma heç nə dəyişmədi.Əgər heç nə dəyişmirsəBu dəyiş-düyüş nədi?İş yerdə deyilmiş, ha,Adamların özündəymiş!Yerlər öz yerindədir,Sənin buna sözün nədir?Adamlar yerində deyil,Bütün aləm bilir bunu,Bunu Yer deyir, Göy deyir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets