Bir umu-küsü
Sən xalq şairi ol, canın sağ olsun,Qara camaatın şairiyəm – mən.Sən sevinc içində boğul, qəmin kəm,Bu dərdli elatın şairiyəm – mən.
Fəxr et ki, hər yerdə adın başdadır,Haram şan-şöhrətin dadı başqadır.Şöhrət baş aldadır, şöhrət baş qatır,Başqa bir həyatın şairiyəm – mən.
Daha səngiyibdir o səs-səmirin,Dərin bir sükuta qərq olub, ömrün.Sən şirin şərbət iç kefindən hər gün,Bu acı həyatın şairiyəm – mən.
Daha indən belə dahisən, oğul!Ad səni yaşadır, o – ağa, sən – qul!Səfakeş üstə qatın dostu oldun, ol!Cəfakeş alt qatın şairiyəm mən.
İndi ayıran yox qızılı misdən,Gecəni gündüzdən, kömürü hisdən.Bunu eləyənlər eləyir qəsdən,Belə təsnifatın şairiyəm – mən.
Bir umu-küsüdən bu boyda giley?Nə tale suçludur burda, nə də göy.Niyə doğma şerim görünür ögey?Guya ki, bir latın şairiyəm – mən.
Nahaq çıxıb durub, haqdan yuxarı,Qara dırmaşıbdı, ağdan yuxarı.Məhək daşı yoxdur xalqdan yuxarı,Haqqın-ədalətin şairiyəm – mən.
14.07.2005
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-bir-umu-kusu
Use ← → keys to move, R for a random poem
More by this author
(İlk məhəbbət haqqında daha bir hekayə)*Bu hekayəni itirmişdim. Əlyazması belə tapılmadı. Bu günlərdə köhnə kağızlarımın arasından çıxdı. Mənə dünyanı bağışladılar, elə bil. İstəyirəm bir də işıq üzü görsün bu hekayəm.
Ayaması Düznəqulu olan bir qocanın «Min bir gecəsi»IBu əhvalat çoxdan olub,
Düznəqulunun səhrada azmasıI«Qoca baxdı əsasına,
Dünyadan qaçan adamBu adamın –illərcə üstünə qəm daman,
Poems by other poets
Dünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
MənimçünAy ağalar, sizə tərif eyləyim,Nə iş tutub üzü qarə Murad xan.
Təbiət bu qədər gözəl olmasaTəbiət bu qədər gözəl olmasa,İnsanlıq ömürlük tutular yasa,