Hər məşhur idarədəBir möhür-siyahı var.Lazım olanda dərhalKağıza, qəzetə, divaraTappatapla vurular.

Orda həkk olunubduYaxın qohumlar, dostlar.Üzdə olanlar üzdə,Yerdə qalanlar astar.

Yenə həmin adamlar,Yenə də həmin adlar.Onlardan sonra sönüb,Tükənib istedadlar.

Orda nə yazılıbsaYazılıbdı bir dəfə.Yalnız onlar layiqdirHər cür ada, şərəfə.

«Qaçqın», «köçkün» vardısa,Qoy o da «seçkin» olsun.Bu olmasın, o da yox,Bəs, onda de kim olsun?

Dilim, ağzım qurusun,«De» – dedim, demə ancaq.Desən də, deməsən dəSən deyən olmayacaq.

Sussun da, danışmasın,Adı ora düşməyənCınqırnı çıxartsaÇevriləcək düşmənə.

01.2004

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets