Şair olub
Giziroğlu Mustafa bəy şair olub,Bunu görcək mən əl çəkdim şairlikdən.Köhnə ocaq yerlərini eşələyib,Beş-üç sönmüş köz tapıbmış o, küllükdən.
Eşidincə Koroğlu da pərt olubdu,Dövran dönüb, namərd çönüb «mərd» olubdu.Bu millətə şairlik də dərd olubdu, –Baş götürüb qaçmaq gərək bu tünlükdən.
Şair olub Giziroğlu Mustafa bəy,Hamı yazır, bu da şeir yazsın gərək.Bu şeirlə gəl, beşcə gün yaşa, görək –Xoşbəxtliyin tapıbdı o birgünlükdə.
Şeir gərək əsrlərə əyilməyə,Səndən əvvəl, səndən sonra deyilməyə,Ağır ola, barışmaya yerlə, göylə –Yoxsa ki, bu bomboş qovuq yüngüllükdə?!
Deyirəm ki, hayıf, beş-üç közə, hayıf?Bir-birinə pərcim olan sözə, hayıf!El-obaya – sizə hayıf, bizə hayıf!Caşbaş olub, qalmışıq bu düyünlükdə.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-sair-olub
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ər libasın geyə hər rənglə zən, mərd olmaz,Mərd hərçənd ki, zən öldürə, namərd olmaz.
Bu dünya deyilen ne güzel imişDumandan açılır üstü talanın,Yuvanı gizleme- çıxar yalanın.
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,