Butafor
Divarda asılmış xalça – butafor,Mizin üstündəki dolça – butafor.
Xalçaya çəkilmiş buta – butafor,Dolçaya tökülmüş su da – butafor.
(Bunlar səhnədədir, həyatda da sən,Hər addım başında yalan görərsən).
Gözə kül üfürən əda – butafor,Boş daqqadan çıxan səda – butafor.
İşıqdan bərq vuran odun – butafor,Boşluğa atılan addım – butafor.
Yaşamaq çətindir olsan – butafor,Yaşaya bilməyən insan – butafor.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-butafor
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qaşların
Dəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
QələmimQələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.