Sağ əl sola lağ eləyir,Sol əl sağdan umur, küsür.Bulaq çaydan, çay dənizdən,Dərə dağdan umur, küsür.

Bülbül bülbülə qısqanır,Tikan güldən narazıdı.Zil bəmə ucadan baxır,Bəm də zildən narazıdı.

Buludu-buluda çaxır,Fırtına qoparır həsəd.Daş quma qıyğacı baxır,Qum daşa aparır həsəd.

Qar yağışa göz ağardır,Yağış qara həsrət çəkir.Ağaclar, quşlar, insanlarUlduzlara həsrət çəkir.

Günəş ayı saymır, keçir,Ay günəşə edir qibtə.Bu minval yüz-yüz, minlərcəGörk var ana təbiətdə.

Varaq-varaq tarixə bax!Kökdən gəlir hər bir adət.Qibtədən paxıllığadək,Qovdu bizi həsəd, həsrət.

Qara ağı, qış baharı,Göl də çəməni bəyənmir.Mən kimisə bəyənmirəm,Kimsə də məni bəyənmir.

Biri-birinə göz qoyur,Bir-birini güdür insan.Paxıllıq öyrədir bizə,Ta dünya binnət olandan.

Paxıllıq can güvəsidir,Nə qazanır görən paxıl?Paxılların ürəyindənQan yerinə paxır axır.

Bu millətin şairi çox,Paxılı da çoxmuş, atam!Paxılı çox olan xalqın,Sabahından narahatam.

23-30 dekabr, 2003

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring