«İllər və pillələr» şeirinin müəllifixalq şairi Rəsul Rzanın xatirəsinə

70-dən sonrabaş yuxarıçıxdığın pillələrisayanda70-dən başla!Pillələri yaşının üstünə gəl,71, 72, 73, 74, 75 say!1, 2, 3, 4, 5, sayma!

Ayağındakı ağrını uda-uda,Məhəccərdən tuta-tuta.Qan-tər içində,təngnəfəsbir təhərilləri söyə-söyəçıx yuxarı mərtəbəyə.Dur, bir hovur,nəfəsini dər!Özünə gəl!

Amma, bu sirri aləmə yayma!Pillələri 1-dən sayma!Bu boyda yükü,bu yaşdabaş yuxarıqaldıran hər kəs,bu kökə düşər.Dünya yaranandanelə beləcəömür boyu,Gah üzü yuxarı,Gah üzü aşağıAddımlayır bəşər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets