Məhəmməd Hadiyə
«Ey ol vaxtı görən məsud, unutma bizləri yad et,…Məzarım üzrə gəl, dur qəmli-qəmli ağla, fəryad et».M.Hadi
Soraq vermək istədim bu gündən sənə, şair,Məzarını aradım.Tapmadım, gözlərimdə qaldı arzum, muradım.Ömrünün son günləri Gəncədəydin, deyirlər,Gedib Gəncəni gəzdim.Dilimdə, ürəyimdə – bir ağlar qəlbdən qopubMilyon qəlbi ağladan o yanıqlı şeirlər.Hər yerdə səni gəzdim.Qarış-qarış dolandım qoca Şirvanı, şair!Məzarın hanı, şair?..Şəlalədən soruşdum, şəlalə axdı keçdi,İldırımdan soruşdum, ildırım çaxdı keçdi.Lalədən, bənövşədən, yasəməndən soruşdum,Dağdan, daşdan, qayadan, göy çəməndən soruşdum,Dedilər ki, bir zaman o bizə baxdı keçdi.Gəzdim hər yanı, şair,Məzarın hanı, şair?..Bir qocadan soruşdum, dedi: – Axtarma bala,Özünü yorma, bala.O ki, elə yanırdı,Ya gərək əriyəydi, ya gərək kül olaydı.Ana yurdun dərdinə, el-obanın dərdinəElə yanmadı ki, o, məzarı da qalaydı!
Bakı, 1961
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-mehemmed-hadiye
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
ای دست تو دست من به دستان بستهبا زلف تو عهد بتپرستان بسته
GörümBülbül kimi bu gülşənə gəlmişəm,Lalə görüm, sünbül gorüm, gül görüm.
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Zülfünə mişki-xəta söylədi dil, qıldı xətaZülfünə mişki-xəta söylədi dil, qıldı xəta,Zülfünün bir telinə müşk ola bilməzdi bəha.