Deyirlər,
gürcü filmindəki
Əsgər atasına
bənzyirəm bir az.
Əsgər atası olanda
bildim bunu.


Atanın pisi olmaz,
amma, sərti var.
Ən soyuq ata belə
Əsgər atası olanda yumşalar.
Uşaq xasiyyəti
görünər onda.
Yeri gəldi-gəlmədi
ağız dolu danışar.
Bu boy-buxunda
Bu yaşda,
Bu adda
Bir oğlum var – deyər,
indi əsgərdir.


Ayrılıq
daşda da məhəbbət göyərdir.
Gürcü filmindəki
əsgər atasına
bənzəyirəm bir az,
Əsgər atası olanda
bildim bunu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets