Əks-səda
Ömür-gün yoldaşıma
Mən çox arzuma çatmışam,Bir arzum qalıb dünyada.Öləndən sonra hardasaDönüb olum əks-səda.
Əks-səda, əks səda,Əks-səda olaydım kaş!Bu dünyada qalaydım kaş!Ya meşədə, ya qayada,Ya dağda, dərədə, çayda,Göydə, səmada, hər yerdə.Dünyada – bütün səslərdə,Özümə məskən tapaydım.Ağaca, gülə, çiçəyə,Divara, daşa hopaydım.Əks-sədaya dönəydim,Ümid olub görünəydim,Ürəklərə damanlarıƏvvəldən bilə biləydim.Dara düşən adamlaraKöməyə gələ biləydim.
Haray deyənə «hay» verən,Quruca bir səs olsa da,Yollarda yol azmışlara,Təsəllidi əks-səda.
Evə tələsən oğula,Gözü yol çəkən anaya,Qəlbi nisgilli gəlinə,Bir gözü yaşlı sonaya,Bir doqqazda dayanıb da,Yola baxıb çığırana –Qəmli-qəmli çağırana –«Gəlirsənmi, ehey-ehey?..»
Mən də eşidib, bu yandanQışqıraydım: «Hə, hə, hə, hə!»O, da mənə inanaydı,Doqqazdaca dayanaydı.Mən çox arzuma çatmışam,Bir arzum qalıb dünyada.Öləndən sonra hardasaDönüb olum əks-səda.
Dekabr, 1987-yanvar, 1988
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-eks-seda
Use ← → keys to move, R for a random poem
More by this author
Quru təsəlliyə təslimdir qəlbim,Quru təsəlliyə möhtacam indi.
V. Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşıAta dağını da gördü gözlərim,Dağlarımın başı duman, çən oldu,
VI. Paxıllığım tutur qoca görəndəPaxıl olmamışam uşaq çağımdan,Paxıllığım tutur qoca görəndə.
VII. Köhnə dəyirmandı, daşları təzəÖzü qapqaradır, üzü ağ olsun,Ürək ağrısını soyutdu torpaq.
Poems by other poets
Pəncərədən hayıl-mayıl baxan yar,Baxan dilbər məni candan eylədi.
MəktubQafar Kəndliyə*Səfər bir ay olar, beş ay, bir il, bəs
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.