Ata dağını da gördü gözlərim,Dağlarımın başı duman, çən oldu,Atalılar dedi: «Bu günümüz var»,Atasızlar dedi: «Bizə tən oldu».

Bu yazını poza bilsəydim əgər,Peşiman qəlbimi didir bəlkələr.Gəzməyə yaxışıdır qərib ölkələr,Ölməyə müqəddəs yer – Vətən oldu.

Bütün yaranmışın sonu qəbirdir,Bu zülmət pərdədir, açılmaz sirdir.İndən belə daha mənimçün birdir –Bu nədən olmadı, bu nədən oldu?!

Dekabr, 1978

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets