VI. Paxıllığım tutur qoca görəndə
Paxıl olmamışam uşaq çağımdan,Paxıllığım tutur qoca görəndə.Ən böyük paxılmış təbiət özü,Gödəldir özündən uca görəndə.
Bir yandan Balanı atadan edir,Bir yandan mərhəmət, insaf öyrədir.Dağıtma yuvanı, ah-nalədir,Sındırma budağı haça görəndə.
Dünyanın günləri ağlı-qaralı,Tutmaz hər gələnin burda qərarı.Qəlbimin başını duman-qar alır,Beşgünlük dünyanı bica görəndə.
Dekabr, 1978
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-vi-paxilligim-tutur-qoca-gorende
Use ← → keys to move, R for a random poem