Qum saatı görmüsənmi?İçi narın qumla dolu,İki tərəfi də yastı,Ağzıbağlı, dolça kimi,Şüşə qabdı – qum saatı.

Üstü xət-xət,Hər xətdə – vaxt.Gah bu yana axır qumu,Gah o yana axır qumu.Bir-birini itələyə-itələyə –Amma, vaxtla, asta-asta.

Qum axdıqca gəl sən də bax,Gör necə qarışır vaxta vaxt.Mən də baxdım,qum saatın işinə.Dünyanı yaşadan vaxtdır – gördüm,Vaxt yoxdursa, yoxdur heç nə!

Günümüzü-güzəranımızıgətirdim göz qabağına.Gördüm, elə bu dolçadakı qum kimiBizi də yığıblar qoz qabığına –Yer kürəsinə.Burda da insanlar bənzəyirbirər-birər qum dənəsinə.Bir də görürsən kimsədolçanı qoyur ayağı üstə,axırıq üzü aşağı.Sonra birisi,ya elə həmin o kimsə –dolçanı çevirir başı üstə,yenə axırıq üzü aşağı.Çox az müyəssər olurbizə gün işığı.

Bu ucsuz-bucaqsız, gen-geniş,Aylı-ulduzlu,günəşli kainatda,Dörd bir yanı kip qapalı şüşə,Bu dar-daracıq yerdə yaşayırıq biz!Üz-üzə, göz-gözə, döş-döşə,Deyinə-deyinə, döyüşə-döyüşə,Bir-birimizi yıxa-yıxa,Üzü aşağı sürüşə-sürüşəkeçir ömrümüz…

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets