VII. Köhnə dəyirmandı, daşları təzə
Özü qapqaradır, üzü ağ olsun,Ürək ağrısını soyutdu torpaq.Dönüb ağıçıya ağı söylədi,Onu da, məni də ovutdu torpaq.
Bir nağıl uydurdu – ata ümidli,Bir kitab bağladı – qaya cilidli.Bir sığıncaq verdi – ağzı kilidli,Hönkürən qəlbimi kiritdi torpaq.
Gərək insan oğlu daş ola, dözə,Bu nə təsadüfdu, nə də möcüzə.Köhnə dəyirmandı, daşları təzə,Dağ boyda dağımı üyütdü torpaq.
Dekabr, 1978
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-vii-kohne-deyirmandi-daslari-teze
Use ← → keys to move, R for a random poem