Dünən yenə gördüm onubir bağda.Adamlardan uzaqda,sakit bir guşəyə çəkiliboturmuşdu tək.Çənəsini əllərinə söykəyərəkbaxırdı kəpənək qovan nəvəsinə...Dayandım,çəkilib bir ağacın kölgəsinəbaxdım ona...(Düzü nə qabağa gedə bildim,nə də geri).Düşdü yadıma gənclik illəri;ilk görüş,cavabsız qalan sözlər...Düşdü yadıma,yumurlandı alnımda tor...Düşdü yadıma,bir qədər utana-utana,o zamannecə dedim ona:– Sən qar altından təzə çıxmışbənövşə kimi təmizsən.O dinmədi...– Sən gül yarpağına düşmüşşəbnəm tək ləkəsizsən.Yenə dinmədi.– Gözlərin ulduzunu itirmiş gecələr kiminə qaradır.Qamətin necə də füsunkardır,yol üstdə tək duran çinar qədər.Qaşların üfüqdə yenicə doğmuşayparadır,min ayə dəyər...Gülümsədi, dinmədi...Füzulinin Leylisi,Nizaminin Şirini,Cavidin Xumarıtay ola bilməz sənə.Mən Məcnunun olaram,Fərhadın, Sənanın olaram,təkcə bir kəlmə mənə...Gülümsədi, dinmədi yenə...Dedim:– Mən Füzuli kimisəni şerlə alqışlaya billəm.Hafiz təkSənə iki şəhər bağışlaya billəm.Nə olsun,adımın qabağında yoxdur“Mövlana”,ya da “Xacə” kəlməsi.Nə olsun sinəmə kölgə salmırmedalların cərgəsi...Maraqla baxdı sinəmədinmədi...Dedim:– Ömrüm – hicranla vüsal,həqiqətlə xəyal,arzuyla ümid arasında keçib.

Bir az həsrətli,bir az nakambir az ilham,bir qədər səadət,bir qədər sədaqət,sonra dəli Xəzər,bir də Xan Araz,hərəsi bir qədər,hərəsi bir azömrün günlərini içib...Fəqət heyfsilənmirəm yenə.İsa kimi yox,həqiqi dirilmək nəsib olsa mənəilk dəfəhəyatın tərənnümünü başlayıb,insanı, azadlığı alqışlayıbŞeir yazaram,bu günün,bir də gələcəyin naminə.O baxıb üzümə,gülümsədi yenə,dinmədi...Mən də gülümsədim onun kimi.Sonra da toplayıb iradəmidedim:– Qalan ömrümü dəgözəlliyə – sənə,inama, etibara verər...Ucadan güldü,Fəqət dinmədi yenə...Doğrusu, daha tükəndi səbrim,Dedim:– Niyə dinmirsən?Razı deyilsən məgər?!Dedi: – Qulaq asırdım bayaqdan,yaman romantik imişsən,yaman...Dedi, getdi...Qaldım baxa-baxa...Qəribə sözdür “Romantika!”Sonra da çağırdım arxasınca:Bir dayan görümAxı haradadır bunun romantikası?Sadəcə “sevirəm” desəydim,razı qalardınmı?Nə bilim...O geriyə baxmadı bir daha,getdi...Yeni doğan bir məhəbbətinÖmrü beləcə bitdi...İndi təzədən gördüm onu,saçları,dağ başına düşmüş qar,alnında dolaylardan keçən cığırlar,Əlləri,gömgöy, damar-damar.Bir guşədə oturub tək.Fikrə gedərək,baxır kəpənək qovan nəvəsinə,Elə bil,aramızdakı uçurumindi göründü mənə.Düşündüm,o zaman da belə imiş yəqin.Mənim öz dünyam varmış,onun öz dünyası.Ah,necə də yaman olurmuşhissin,həvəsin,məhəbbətinromantikası...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets