Fil
Birinci cərgədə oturmuşuq sirkdəoğlumla qoşa.Hər oyun,hər tamaşaelə bil nadir nemətidir cahanın.O gah əl çalıb,gah da diqqətlə baxmaqlabildirir sevincin, həyəcanın.Bəzənsəhnədə baş əyibgedənlərin dalıncaelə ürəkdən gülür ki,lap gözləri yaşarınca.Quş uçur;pərvazlanır o da.At qaçır,həvəslənir.Nə bir söz soruşur,nə dillənir.Baxır diqqətləhər şeyə,hər şeyəhəvəslənir...Bir qadın gəlir səhnəyə,arxasınca yekə bir fil.Dərisi şoran bir torpaq kimiCadar-cadarƏl çalır oğlum,Əl çalır tamaşaçılar...Qadın qürurlu,qadın fəth etmişfərmandehi andırır.Yapışıb xortumundanFili səhnə boyu dolandırır,Sonra
Fil başını sallayıb durur.Durur əmrə müntəzir.İndi qadın tək gəzir, –Oynadaraq şallağını,BirdənFilin xortumu üstəqoyub ayağınıəmr edir ona;– Ey, tənbəl,qaldır məni boynuna!Fil xortumunu uzadıbbir odun parçası təkqoyur onuqulaqlarının arxasına.Qadın əlini yellədir havada.Hamı əl çalırOnun bu ədasına...“Yamanca yoruldum.İsti oldu mənə”.Fil yarım ton xortumundabir quş qanadını qaldırıbyel vurur sahibəsinə.Tamaşaçılar gülür...Ağacla üç dəfə vururFilin başına,deməkdüşmək istəyir qadın.Palıd gövdəsi tək ayaqlarbükülür,Sonra xortumunu sərirxalının üstünəpillə-pilləçin-çin.Qadın saraydan enən kimienir bu pillələrlə,Bir parça qənd atır torpağaFilin bu xidmətləriyçin.
Ləngər vuraraq filqalxır yerindən...Əl açıb gülən oğlumademək istəyirəm mən:– Oğlum, bu fil deyil!Bir adı,bir də görkəmi varƏsl filAfrikada meşələrdə yaşayar!Ağacları kökündən çıxaranxortumayaqlar altına sərildimi,şirləri quru yarpaq kimi əzəndizlərbir parça qənd üçün əyildimi,daha o fil deyil, oğlum!Haram olsun onao gövdə,o xortum!Ancaq ölməməkçünəl açan dilənçiyə oxşayır.Özü də bilmirnə üçün yaşayır.Bir parça qənd üçünnəslini də,adını datəhqir etmiş.İtirmiş mənliyini də,həyatını da,Azadlığı da əlindən getmiş.Üzündə nə qəzəb var,nə gülüş.Bir mədəsi var;bir tikə qənd atır onahər gün.Bir xortumu varYer süpürməkçün.
Bir də cadarlanmış dərisi;O da öyrənmiş kötəyə.Yox, oğlum!Yaxşı bil,o fil deyil!O fil deyil!
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-fil
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ax!.. necə kef çəkməli əyyam idi,Onda ki, övladi-vətən xam idi!
Mustafa ilə deyişməM u s t a f aCavan oğlan, nə məkandan gəlirsən,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Bu nə gövhərdirBir gözəl sevmişəm günəş camalı,Gərdəni minadır, qədi ərərdir.