Bir gözəl sevmişəm günəş camalı,Gərdəni minadır, qədi ərərdir.Gözləri cəlladdır, kirpik xun-fəşan,Cümlə gözəllərə o bir sərvərdir.

Qolları şümşaddır, əlindən nazik,Xəndanı şəkərdir, dilindən nazik,Zülfi yasəmindir, telindən nazik,Xətti bir bənövşə, müşk-ənbərdir.

Vaizin kəlamı göstərər dami,Mütribin məqamı ləzizdir hamı,Titrəyir təmam mərmər əndamı,(Mələkballı Qurban) bu nə gövhərdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love