Şəkərsən, şəhdsən, şəkər xasən sən,Sənin yekağından lalə-zar güzər.Saçın gərdənində silsilə təki,Reyhan telindən intizar güzər.

Dəhanın həqqədir, inci dəndanın,Nə şirindi dilin, ləziz xəndanın,Aşiqlər ayağı sənin zindanın,Axır ki canında ixtiyar güzər.

Dəryadan təşnəni atdın kənarə,Hicran atəşinə sən elə çarə,Səndən ayrı getsə hansı diyarə,(Mələkballı Qurban) xaksar güzər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation