Əzrayıl gəlib canım alanda,Anam, bacım qara geyib ağlasın.Baş yasdıqda gözüm giryan qalanda,Əkin başın təmam soyub ağlasın.

Sinəm üstə cəllad əkləşür bir dəm,Yığılsın, yas tutsun bir neçə adam,Gəlsin qonum-qardaş görsün dəmadəm,Qəmlər çəkib, qüssə yeyib ağlasın.

Çıxanda əfləkə naleyi-zarım,Töksünlər üstümə suxa paltarım,Başım üstə əlim tutsun öz yarım,(Mələkballı Qurban) deyib ağlasın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets