Oğlum!Məhbəsdən yazırambu məktubu sənə.Görüşəcəyimizəümidim azalmasa dayenəyazıram...Atalar demiş:“Vəsiyyət yüngüllükdür...”Bu həyatçiyinlərimdə elə ağır yükdür ki,fırtınaya düşmüşGəminin bosmanı kimi;ya onu sahilə çıxaracağam,ya dabüküb çiyinlərimibatacağam,keşməkeşli həyatındalğaları içindəməndən əvvəl batmışyüzləri kimi.Qoy bu sözlərimqalsın qulaqlarındahəyatı,insanları,bir də azadlığı sevənbir adamın sözləri kimi...Oğlum!Yadımdan çıxarsam dazindanda keçirdiyimgünlərin sayını,fəqət unutmamışamsən anadan olduğun günü,bir dəsənə alacağım hədiyyələri –ata payımı...Divara onuncu xətti çəkdimbu axşam.Bu, on hədiyyə deməkdir,Almamışam.Kim bilir hələneçəsini də borclu qalacağam!Fəqət heç darıxmıram, oğlum!Azad olduğum günhamısını,hamısınıalacağam...Oğlum!Bir həqiqət olsa dagörməyən inanmaz buna,On ilbir şəhərdə yaşayıbhəsrət qalaata oğluna.Düz on ildirbir dəfə də görməmişəm üzünü.Evimizə gedən daşlı yoldanyəqin çoxdan silmişdir zamanayaqlarımın izini.İndiSən yeni ləpirlər salırsanhəmin yola.(mən rəisə demərəm

bu dərdiYüz il də qala...)Fəqət sənə deyirəm, oğlum,bu halməni kədərləndirir yaman.Axı nə qədər dözümlü olsam damən də insanam!..Düşünürəm;saçların –otağımahamıdan tez-tez gələnaxşamın qara tellərinəoxşayır yəqin.Gözlərin –barmaqlıqdanbir parçası görünənasiman rəngindədirsənin...Səsində –bir dağ şəlaləsininahəngi var.Baxışına məhəllə qızlarıyəqin ki, mahnı qoşmuşlar.Boyun-buxunun...Yox, yazmaram dalısını...Oğlum,qoy bu ayrılığın acısınıtək mən çəkim.Sən cavansanürəyinə düşməsin ləkə.Yəqin,heç indiyə qədərbilmirsən bəlkəata oğlunu dizi üstə alıbqıvrım saçlarınınecə qarışdırar,onu necə oxşayar,necə danışdırar...Necə nəql edərMəlikməməmmədinbuynuzlu divləri yıxmasını.Zümrüd quşununqanadları üstündəqaranlıq dünyadanişıqlı dünyaya çıxmasını...Sən bilmirsən bəlkə;uşaq necə dayayar başınıatanın dəmirçi körüyünə bənzəyənsinəsinə,qulaq asarinsan təxəyyülünün yaratdığıo həqiqətdən şirinəfsanəsinə...Sən bunları bilmirsən yəqin.Fəqət heç darıxmıram, oğlum,azad olduğum gündanışaram səninçin...Lakinməni darıxdıran budur;axı sən bilmirsənatan nə üçün həbs olunmuşdur!Anandan soruşsano da deyə bilməyəcəkdoğru, düzgün...“...Nə bilim, ay bala,toyumuzdan keçmişdi 15 gün,nə gəlinlik paltarımı çıxarmışdım,nə də əllərimin hənası solmuşdu.Hələ ona deyilməmiş neçə sözüm,ürəyimdə nə qədər arzum qalmışdı...Bir axşaməlisilahlı iki polisgəlib apardı atanı.O gedəndir...

Nə sorağı varnə də nişanı..."Bundan başqanə bilir ki,nə desin anan.Bəli,məni həbs etdilər...həbs etdilərqanun adından...On ildirüç addımlıq otaqdayamqəfəsə salınmış şir kimi...nə tələbimi eşidən var,nə xahişimi!Dinirəm,Rəis deyir:– Qanun belədir!On ildirƏlisilahlı polislərqapıda keşik çəkir,məni güdür.“Qanun belədir...”Nə hava görmüşəm,nə işıqdüz on il!Nə etmək,“Qanundur!”Pəncərəmdəki barmaqlıq,divar üstündəki məftil“qanundur!”“Qanundur”qapımdan asılan qıfıl da,qolumdakı dəstbənd də!“Qanundur!”üzümdəki siqar dağı da,Kürəyimdəki şallaq yarası da,Rəisin üzümə gülübgöstərdiyi “nəzakət” də!Bunlar hamısı “qanundur”, oğlum!İlk tutulduğum günbaşqaydı qanuna münasibətim.Gəlir yadımaRəislə söhbətim...Dedi:– Həbs olunursunuzqanun adından!Dedim:– Günahsızam.Dedi: – Bilirəm.Dedim:– Ailəm var.Dedi:– Nə fövqəladə işdir bu?Adam ya ailəli,ya da ailəsiz olar!Dedim:– Mən insanam!Cənabi rəis!İnsan!Rəisin sarı yanaqlarıqızardı bir az,Dinmədi...SonraGöy gözləriləMənə baxıb xeyli,dedi:– Get, həbsxanada qanarsan!Günahsız ailəli insan!...Oğlum!Qanun – bir mum parçası.Qolun qüvvətlidirsə əgərsıx əriyib su olana qədər!İstəsən zəncir düzəltvur gücsüzün qoluna.

Ya da gül dəstəsi edibsəp dostunun yoluna.Əy sual işarəsi olsun!Düzəlt – nida!Odur ki, oğlumbu dünyadabir qanun var;insan azadlığıdır o da:Polisli, yaraqlı qanunlarınyoxdur həqiqəti!Ayaqlarda kəmənd,qollarda zəncir,Kürəkdə şallaqdıronlarınən böyük “səadəti”...OğlumBu məktubu oxusanbiləcəksən yəqinNə üçün həbs olunmuşatan sənin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets