Yadındamı, o illər,Yadındamı, «Daşlı» bağ?Yaşa dolub, ayrıldıqQaldı gözü yaşlı bağ.

Kövrək dünyası vardı,Bizi saya salardı.Bizə sayə salardı,Salxım söyüd saçlı bağ.

Bizi başa düşürdü,Çox yaxın sirdaş idi.Nə olsun ki, daş idi,O başdı, bu başdı bağ

Gəncliyimə dönürəm,Yanından keçəndə mən.Sevdalı günlərimdənXatirə yaddaşlı bağ.

Oktyabr, 1996

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets