Məni dəvət ediblərDoğma məktəbə yenə.Düşünürəm gedimmiMəzunlar gecəsinə?

Bu uca, məğrur, doğmaBinanın hər yerində,Bizi hər gün ucaldanMərmər pillələrində.

Neçə nişanəm qalıb,Neçə xatirəm donub,Qəlbimdə neçə kövrəkSevinc donub, qəm donub.

Getsəm, görsəm yenidənOnlar canlanacaqlar.Burda ilk müəllimim var,Burda ilk eşqim ağlar.

Burda addımlarımdan,Körpəcə izim qalır.Höccələyib yazdığımİlk «Ana» sözüm qalır.

Getsəm, gözümdə yenəHəmin işıq yanacaq.Getsəm, onda qırılmışÜmidim oyanacaq.

O burda olmasa da,Görüşə gəlməsə də,Qarşımda dayanacaq,Titrəyəcək səsim də,

Əsəcək dizlərim də.Yenə utanacağam,Gizlədərək eşqimi.Qəmgin dayanacağam,

Dilim söz tutmayacaq,Təngiyəcək nəfəsim.Qoy olsun, nə eybi var,Onsuz da fikrim, hissim,Ötüb keçən ömrümləGörüş arzulayıbdı.Onsuz da gəncliyimdənÜrəyim doymayıbdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets