Bu dünyada sevinc də var,Və lakin – kədərlə birgə.Səadət – bağrı badaşdı,Qəzavü-qədərlə birgə.

Bu dünyada qızılgül var,Və lakin – tikanla birgə.Bülbül aşıq timsalıdı,Köksündəki qanla birgə.

Aydın səma, göy üzü var,Və lakin – dumanla birgə.Ümid dolu ürək də var,Nigaran – gumanla birgə.

Bir də övlad fərəhi var,Və lakin – dərdiylə birgə.Hələ biçilməmiş – zəmi,Dolu yağan göylə birgə.

Həyat da var dadlı, şirin,Və lakin – ölümlə birgə.Çox acı sözlərim də var,Çox şirin dilimlə birgə.

Bu dünya bütövdür – guya,Və lakin – kəsirlə birgə.Kor-koranə ömür sürür,İnsan min bir sirlə birgə.

Tarix qələmlə yazılıb,Və lakin – qılıncla birgə.Dua, alqış ərşə dirək,Qarğışla, qaxıncla birgə.

Quru, torpaq adalar var,Və lakin – dənizlə birgə.Tərpənmir, amma fırlanır,Dünya – bəndənizlə birgə.

Azadlığa da çıxmışıq,Və lakin – izinlə birgə.Sən azadsan – azad olsanÖzünlə, sözünlə birgə.

Fevral, 2007

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets