Nə olsun çaylar dolub, çaylar dolub nə olsun,Halbuki, meşə solub, meşə solub halbuki.Nə olsun el dərdlidir, el dərdlidir nə olsun,Halbuki, azad olub, azad olub halbuki.

Nə olsun qabda aş var, qabda aş var nə olsun,Halbuki, gözdə yaş var, gözdə yaş var, halbuki,Nə olsun yol hamardır, yol hamardır nə olsun,Halbuki, yolda daş var, yolda daş var halbuki.

Nə olsun gün saçır nur, gün saçır nur nə olsun,Halbuki, qanım donur, qanım donur halbuki.Nə olsun göz doymayıb, göz doymayıb nə olsun,Halbuki, ömür sönür, ömür sönür halbuki.

Yanvar, 2007

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets