Ağlayanda, güləndə,Doğma kəndə gələndə,Qorxanda, yıxılanda,Ürək bərk sıxılanda,Dərd hücum eləyəndə,Ehtiyac mələyəndə,Kimisə çağıranda,Qışqırıb-bağıranda,İnsan «a» deyir, «ə» deyir,«U» deyir, «ü» deyir,«O» deyir, «ö» deyir,

Əlacı kəsiləndəLap «i» deyir, «ı» deyir.Əllərini qaldırıbGöydən imdad istəyir.Bunu da bilmək gərək,Hələ ki, indiyədəkDara düşəndə heç kəs«M» demir, «n» demir,«T» demir, «d» demir.Desə də, sərf eləmir.Səssizdən çıxarmı səs?Bilir bu acizlərdə,Təpər yoxdur əzəldən.Sısqa bulaq kimidir,Səssizlərin imkanı.Səslilərin səsləriTutub bütün dünyanı.Səslilər birər-birər,Zəngin, varlı, mötəbər.Səssizlər alababat,Kasıb, qara camaat.

Çox ağırdır, səsinəHay verən tapılmasın.Bu qədər əlləş-vuruş,Qədir bilən olmasın?!

Dünyanın əzabınaMərd olan kəs baş əyməz!Yaxşı deyiblər, «dünyasaman çöpünə dəyməz».

Doğrudan səsli-səssizƏlifba imiş həyat.Bu səs-küyün içindəDi, gəl rahat yaşa, yat!

Fevral-mart, 2007

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets