Hər ay gəlir ev pulu,İşıq pulu, qaz pulu.Necə bölüm, ay Allah,Bu dərdlərə az pulu.

Vallah, qalmışam çaşbaş,Çatmır bir aya, qardaş!Nə təqaüd, nə maaş,Nə nəzir-niyaz pulu.

Ehtiyac – kor kahadır,Ümidim – Allahadır.Məhəbbətdən bahadırQəmzə pulu, naz pulu.

Yox edəcək yoxsulu,Çörək pulu, su pulu.Neyləyirəm bu pulu,Bu cibdə durmaz pulu?!

Çox başları əyib bu,Çox karvanlar yeyib bu,Kim icad eləyib buSuçu yuyulmaz pulu?!

Bakı, 1997

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets