Əgər
Dən-dən taxıl qaçıranSərçələri qırdılar.Sünbülqıran taxılaDivan tutdu o ki var.
Qurdları qovdular ki,Maral gələr zavala.Arxayınlıq dərd oldu,Qırğın düşdü marala.
Köçürtdülər meşədən,Qarışqa yuvasını.Bayatılar car çəkdiAğacların yasını.
Belə getsə əbədi,Müvazinət pozular.Dəyişər xislətiniTəbiət ögey olar.
Paltaryuyan toz gördüm,«Planet» idi adı.Bu acı kinayədənQəlbim od tutub yandı.
Planeti kor qoyanDemə «Planet» imiş.Öz durduğu budağıKəsmək elə AdəmdənQalma bir adət imiş.
Görən acı sularıKim yönəltdi dənizə?O tozun bir damlasıAxıb getdi dənizə.
Zəhərlədi günahsızKörpəcə bir balığı.Kiminsə köynəyininBərq vurur yaxalığı.
Demirəm ki, qayıdaqGülabıya, sabuna.Köynəyi ağartmayaqDənizin hesabına.
Almanın yarpaqlarıGünəşdən allanmasa,Günəş bizdən inciyər.Qarpız öz tağı üstəYatıb xumarlanmasaTorpaq bizə nə deyər?
Zavod bacalarındanİlan kimi qıvrılıbBurum-burum burulub,Uçub-uçub yorulub,Ağacı sarar tüstü.Bir hovur dincəlincəBir ömrü yorar tüstü.
İnsanların çoxluğu,Ağırlıq salmaz Yerə.Amma dünya əyilərƏl boyda tüstülərə.
Kəsilir qələm-qələm,Meşələr kağız olur.Bu qədər ağ kağızaGörəsən nə yazılır?
Dağ olar kağızlarıYığasan qalaq-qalaq.Amma kağız dağındanBahadır bircə yarpaq.
Azalıb düzdə ceyran,Çayda xəşəm azalıb.Qayada kəklikotu,Dağda yemşan azalıb.
Tamah ki, var – qayanıİki bölən görmüşəm,Qarağac meşəsiniBirdən ölən görmüşəm.
İndi qoca dünyanın«Qırmızı kitabı»¹ var.İndən belə dünyanıQoruyacaq insanlar.
Təkcə insanın deyil.Hamınındır bu dünya.Adi bir cücünün dəHaqqı var yaşamağa.
Adicə çiçəyin dəBurnunu qanatmayaq!Torpaq yaşadır bizi,Nankor övladıq məgərTorpağı yaşatmayaq?!
Peredelkino, 1976
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-eger
Use ← → keys to move, R for a random poem
More by this author
Bu dağlar şahının öz aləmi var,Onun sevinci var, onun qəmi var.
Mən elə bilirdim müəllim ölməzYenə kəndimizə qayıtdım bu il,Dolandım başına pərvanə kimi.
Adsız şeir – ISel deyir: – Gəlin gedək!Torpaq dinmir.
Əbədiyyatın yazdığı kitabGöylərin də təşbehi dəyişir zaman-zaman,Kim göyləri tale, kimi müqəddəs məkan,
Poems by other poets
Allahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Qəzəl: Dövr gəldi, gülgəz zövq ü səfa eyləyəlimDövr gəldi, gülgəz zövq ü səfa eyləyəlim,Xari-qəmdən dili gül kimi cüda eyləyəlim
ŞairYürüdüyün yollar ülgü yoludur,Tannsal əslinlə könlün doludur.