«Gəlsə əcəl, verməz macal» – deyiblər,Gəldi, qapı dabanını kəsdirdi.Ürəklərə dağ üstündən çəkdi dağ,Yeri Göynən, Göyü Yernən küsdürdü.

Günəş batdı, ulduzlar da kor oldu,Zülmət gecə, ömür pıçı buruldu.«Nəsimi»ni yazan şair yoruldu,O, ki, Yazın gəlməsini istərdi.

Saat susdu, zaman durdu, an durdu,Xəbər məni gurul-gurul yandırdı.Tale bir də düz qəddimi sındırdı,Çox olmazmı oğul dərdi, dost dərdi?!

Haqlamışdı onu ömrün ayazı,Amma, yenə gözləyirdi o, Yazı.Haqq yerinə yetişincə murazı,Çərxi-fələk başqa yazı göstərdi.

Hara getsə təkcə adı bəs idi,Şeiri, sözü məktəb idi, dərs idi.Şeirə, sözə pəl vurana tərs idi,Pis yazını yerindəcə pislərdi.

Dostlarına mehribandır ana tək,Xislətindən dönmədi son ana tək.Dost yolunda əsərdi o, nanətək,Əsl dostu əzizlərdi, süslərdi.

Hatəm kimi səxavətli, rəhmdil,Tanıyırdı onu cümlə-Vətən, el.Şair ikən bir əsgərdi elə bil,Bizi qəti döyüşlərə səslərdi.

Bəyim bacı¹, səni heç nə ovutmaz,Dərdin çoxdur, söyləsən yer-göy tutmaz.Xalq öz şair övladını unutmaz,Xalqın özü – şair olan kəslərdi.04-05.04. 2005

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland