Ax, bu qızın barmaqlarıBarmaqlarıma dəymədi.Ürəyim ağrıyan gecəGəlib qapımı döymədi.

Ax, bu qızın barmaqlarıBir məktub yazarmı görən?Bir gün eşitsə ölmüşəm,Qəbrimi qazarmı görən?

Ax, bu qızın barmaqlarıBir üzük taxdı belinə.Qız idi, dinə bilmədim,İndi nə deyim gəlinə?!

Ax, bu qızın barmaqları,Uzun-uzun barmaqları,Döymədi, anam, döymədiQapımızı barmaqları...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets