Brejnevin son illəri*
Tankları döyüşən Əfqanıstana göndərirdi,yemək-içməyi ağlayan Ermənistana,bayraqları da bayraq yeyən Azərbaycana.
Son illər Əfqanıstandünyanın damında gəzən qar adamtəkrahatlıq vermirdi ona,səksən ikidə Bakıdaykənçaşıb Əfqanıstan dedi Azərbaycana,beləcə bir gün də çaşıbtankları Azərbaycana göndərəcəkdi,bayraqları Əfqanıstana,yemək-içməyi yenə Ermənistana,Dünya Ermənistanı çaşdırmağıheç vaxt bağışlamazdı ona.
Bir gün də dünya düşünüb-daşınana kimiyer kürəsinisürüb aparacaqdı ulduzların arasındanidman maşını kimiAncaq doğanağı var ən uzun örkənin də,bir gün öldü, özünün də canı dincəldi,durmadan doladığı bir ölkənin də.
Şeir senzuradan keçmədiyiyçün 1988-ci ildə ixtisarla çap olunmuşdu. Onu oxuyan, üzünü heş vaxt görmədiyim mir Qasım adlı ağır bir seyid şahidlərin dediyinə görə 1990-cı ilin yanvarında Azərbaycana tanklar yeridiləcəyini şairin qabaqcadan gördüyünü söyləmişdi. O, ömrü boyu Sovet hökumətini qəbul etməmiş, heç bir Sovet idarəsində işləməmiş, dəfələrlə həbs olunmuşdu. Allah bütün şəhidlərimizin və onun ruhunu şad eləsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-brejnevin-son-illeri
Use ← → keys to move, R for a random poem
More by this author
Söykənmisən uzaq bir pəncərəyəO sevgili üzün, o şəkil üzün
SevgiGöyüzünə bir yerdə açdığımızpəncərədi sevgi.
Qeysin Leylini gördüyü gündən bir gün əvvəlHələ qanadı yoxdu,hələ yerüzünün oğludu o,
Bir qızın telləri əsdi üzüməGizlicə-gizlicə döndü buludlar,Gizlicə-gizlicə dindi umudlar,