Göyüzünə bir yerdə açdığımızpəncərədi sevgi.Tülü alma gülü, heyva gülü,tülü milli-milli.

Pəncərədə çırpınan ulduzlarıaçıb içəri buraxdığımız otaqdı sevgi-döşəməsi bulut, tavanı göyüzü,tavanı ulduz gölü, ulduz dənizi.

Sahilində yana-yana dayanıb baxdığımızsonunu xəyalımızda datapa bilmədiyimiz göyüzüdü,göyüzünün dənizidi sevgi.

Bir-birimizdən neçə gecə,neçə küçə uzaqeyni anda eyni ulduza baxa-baxao ulduzun güzgüsündəəl-ələ, tel-telə verməkdi sevgi,orda şəklimizibir-birinə qısılı görməkdi sevgi,o anda o ulduzda görünməkdən çox-»diz çökmüş sevgilimindizi yerdən ağrı çəkdi»-deyib düşünməkdi sevgi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love