Özlərini asanlar tək günah eləmirlər, həmdə ayaqlarının ucuyla son təkanı verib donuqdünyanın çarxını hərəkətə gətirməyə çalışırlar

Kim dərdinin, qəminindəmindən gülə-gülə,kəmindən ölə-ölə,Kim də bezib biryolluqÖzünü asıb dolanır,Kim təptəzə kəndirlə,Kim də çox kasıb dolanır.

Kim boynunu ətirləyib,kəndirini ütüləyib,ayağının bir ucuylabu dünyanı itələyib,«Ölüm Ana, gəldim» – deyibAnayurtdan, Anadərtdənayağın üzüb dolanır.

«O, həm ov, həm ovçu» – deyin,Ovçunu tez təbrikləyin,Elə ova da baş əyin,İlk ovudu ovçu bəyin –Öz boynuna kəmənd atıbÖmrünü kəsib dolanır.

Qoca kimi qocalmayıb,Gənc kimi də gənc olmayıb,Yerdə bir gün dinc olmayıb,Şükür, kef çəkir indi,Bir özüdü, kəndiridi,Göydə gəzib dolanır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets