O hara getdi, yürüdü,elə onu görən andaanaların qucağındahönkürən daşlar,ağlayan quşlar kiridi.

O, göyə baxmadan nəsəgöylər haqda oxuyurdu,həm də hər gün hər göy üçündaha gözəl, daha təzəgöyqurşağı toxuyurdu.

Bir gün gördü, toxuduğugöyqurşağı deyil, nəsəbu dünyada hər şeydəndaha gözəl, daha təzə,həm elə bil görünür,həm də görünmür gözə.

Göyü toxuya-toxuyaO, eşqdən ağlayırdı,O oxumurdu daha,ancaq bilmirdi göz yaşıçoxdan çatıbdı Allaha,həm də bilmirdi, TanrıTanrıqurşağı deyibditoxuduğunun adına,o qurtaracaq, bir göyüzüenib gələcək göylərdənonun ayağı altına.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love