Ey tənha ruh, sevirəm səni
Yeriyəndə quşların ayaqlarındanizlər qalantək yerdəuçanda qanad izləri qalır göylərdə.
Quşların göylərdəki qanad izlərinəyalın ayaqlarını qoya-qoyagöyüzündə hər gecəyarıgəzir, gəzir tənha adamların ruhları.
Qanad izlərinin arasındanizlərə toxunmadan düşür ulduzlar,düşürlər ruhları incitmədən,ruhlara qıymadan,düşərkən qəfil görüb sevdikləritənha ruhlardan doymadan:– Ey tənha ruh, sevirəm səni,dönəcəyəm, dönəcəyəm,bir min il də gözlə məni.
Həm də bu dünyadakiminsə kimisə sevməyinəən çox o tənha ruhlar sevinərlər,həm də, həm dəyer üzündə hamıdan az,göyüzündə hamıdan çox onlar sevilərlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-ey-tenha-ruh-sevirem-seni
Use ← → keys to move, R for a random poem
More by this author
Şah sarayında doğuldu o,tənha şaha tənha oğul oldu o,
Rəqs edək, rəqs edək doğulandan ölənədəkGəlin rəqs edək, rəqs edək!Hamımız birdən, eyni anda!
Gecə kəpənəyi, gecə şimşəyiÜrəyini ancaq sevgiylə naxışladığından,Bütün günahkarları bağışladığından,
Ölüm – həyatda heç vaxt yüyürə bilmədiyintək yüyürməkElə bil sevinirəm xəstələnəndə hər dəfə,sevinirəm sevgiylə doluram,
Poems by other poets
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
Dürdanəni səngi-siyah içindəDürdanəni səngi-siyah içindəHəsrət gözüm görən kimi tanıdı.
QələmimQələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,