Dürdanəni səngi-siyah içində
Dürdanəni səngi-siyah içindəHəsrət gözüm görən kimi tanıdı.Könül bivəfadı, heç salmır yada,Göz doymur, gözünün mehribanıdı.
Yanaqları güldü, olubdu xəndan,Cismidə mələkdi, nəsildə – insan.Simi-zənəxdandı, mirvari-dəndan,İnnabi ləbləri can dərmanıdı.
Adım Ələsgərdi, əslim Göyçəli,Ələst aləmində demişəm “bəli!”.Həm aşiqəm, həm dərvişəm, həm dəli,Canım gözəllərin yol qurbanıdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-durdaneni-sengi-siyah-icinde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
“Vətən” yazdım...“Vətən” yazdım...Qanadına aldı məni xəyalım,
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.