Elə bil sevinirəm xəstələnəndə hər dəfə,sevinirəm sevgiylə doluram,nəsə bir igidlik etmiş kimi,uşaqlığıma, anamın qucağınaqayıtmış kimi oluram.

Xəstəlik göz yaşıtək rahatlıq gətirir mənə,gəlir irəlidəki,geridəki bütün körpəliklərim yenə,görürəm kəfənimdə də,bələyimdə də gülürəm,bilirəm ancaq körpə uşaqlara görünən Tanrıelə hey nəsə deyib, güldürür onları.

Xəstəliklərim, məni ölümlə qorxudursuz?Gəlin, dost olaq, dostcasına ağrıyaq,Əzizlərim, onsuz da sonunuz dostum ölüm,ölüm bəlkə həyatdan daha doğmagörünür gözə,çünki bizdən öncə getmiş doğmalardan,dostlardan son vətəntək yadigar bizə.

Beləcə, sevinirəm öləndə də,ölüm – həyatda heç vaxtyüyürə bilmədiyintəkyüyürmək ilk dəfə,yüyürmək üzü doğmalara,üzü doğmalar doğması Allaha,Allah olan tərəfə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love