Noldu birdən-birə, Mixail Yuriyeviç,İndicə gülürdünüz?!İndi qəbir tüfəng lüləsitək dar,Elə bilirdiniz hamının Allahı var?

Diz çökün, cənab Martınov, diz çökün!Fələyin zülmü çox, Allahın mərhəməti!Diz çökün! Bir şair də söndü-Sevdalar yaşılı, ocaq kösöyü,Üstündə Allahı, üstündə göyü.

Gözlər hədəqədə, ölüm sinədə,Alın yazısına, qara günə də,bazarda soğanın qiymətinə də,bir bəhanə gərək, bir bayıs gərəkGüllələyin şairləri! Sonra diz çökün!

Kimin günahı var, kimin ahı var,Dünyanın nə qədər pis sabahı varHamsına, hamsına şairlər bayıs!Güllələyin şairləri! Sonra diz çökün!

Güllələyin qulaqları oxşamayan təzə sözü,Güllələyin damarlara sığmayan təzə qanı!Güllələyin lirikanı, Lorkanı, Nerudanı!Güllələyib güllələnmək əsridi,Güllələyib güllələnin!

Qəbristanlıqlar ölüyə həsrət!Dəlixanalar dəliyə həsrət!Güllələyin şairləri!

Koroğlu zəncirdə, Qıratı darda,Dəlləklər gəzirlər karetalarda.İndi ağlayanlar güləcək gorda,Gorda ağlayanlar güləcək harda?

Güllələyin şairləri! Onsuz daŞairlər ölürlər yaz yağışından,Arvad qarğışından, qız baxışından,Dünyanın tələsik yır-yığışından,Günahlı, günahsız şairlər ölür.

Güllələyin şairləri!Ancaq tövbə gecəsi əynində soyxa,qorxa-qorxaPuşkinin yarasın öpməyə yüyürsün Dantes,bir kilsə qapısında səhərəcənböyürsün Dantes;Bir də yol verin, yol verin cənab Martınovayıxılan Lermontovu qucaqlamağa...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets