Tüstüsü heyrətlə baxan ocaq
Deyəsən, çıxıb gedəcəyəm...Qulağıma gələn bir səs çəkir məni,Çıxıb gedəcəyəm lap çox uzağa,uzun illər nə bir səs,nə bir soraq gələcək məndən,bəlkə tabutda qayıdacam ən gözəli,üstü-başı, ağzı-burnu məzəli.
İllərdi, lap yaxına gedə bilmirəm,bir dost, bir qardaş elinə,çünki mən hər yerə şahtək,sultantək getmək istəyirəm,ya da heç yerli-dibli getməmək!Ölənə kimi istədiyim yerlərəürəyim istəyən şəkildə gedəbiləcəyəmmi?!
Hara getsəm tabut kimi sakit bir qocadua oxuya-oxuya çıxır qarşıma,Nələr, nələr gələcək mənim başıma?!Çıxıb gedəcəyəm o qocanın duasınınÇatdığı son torpaqdan da o yana,Son göyüzündən də o yana.
Hara getsəm bir uşaqağlaya-ağlaya çıxır qarşıma,Nələr, nələr gələcək o uşağın başına.O uşaq dua oxuya bilmir hələ,o ancaq ağlaya bilir.
Mən çox uzağa gedəcəyəm -o uşağın göz yaşının axıb çatdığı
bir qəmli nəğmədən də o yana,duasının oxunduğubir qaranlıq hücrədən də o yana.
Mən lap çox uzağa gedəcəyəm,uşaq vaxtı gördüyümbir sevgili, ölümsüz üzü axtara-axtarakeçəcəyəm evləri, insanları, üzləri,ölkələri, göyləri, ulduzları,göyüzünün sonundason ulduzda son evin qapısınıaçıb girəcəyəm içəri;görəcəyəm anam yükümüzü yığır,mən-bələkdə bir uşaq,həyətdə qara daşları dünyayla,tüstüsü mənimlə yaşıd,mənə heyrətlə baxan bir ocaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-tustusu-heyretle-baxan-ocaq
Use ← → keys to move, R for a random poem
More by this author
O qıza bax! Bir azdan uçacaq-Lələkləyir qolları,
Tək, tənha, yalqızİnanmırsan? İnanma sevgiyə! Yoxdu sevgi!Ancaq bir gün gələcək,
Dünyanın ən balaca quşuDünyanın ən güclü adamıola da bilmərəm, olmaq da istəmirəm,
Dizsiz iki çiçəkçün yanıq kamançada çalınan havaQeybdən gələn səs kimi,ölümqabağı nəfəs kimi
Poems by other poets
Ey ağalar necə olurHalı yardan ayrılanın
Düşmüşəm seyd kimi damdə səyyad əlinəDüşmüşəm seyd kimi damdə səyyad əlinə,Bivəfa, qaniçici kafirü cəllad əünə.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
YaxşıdıBir adam ki, sənlə ülfət eyləsə,Yəqin onun əsil-zatı yaxşıdı.