Bizi Tanrı dərgahına ancaq bağışladığımız günahlar qaldıracaq
Kim dostlarını necə tanıyırsa,dünyanı da eləcə tanıyır,Dünyanın qadasın alaq,Ancaq nədəndi, qardaş,hərdən də dost oluruq –sonralar düşmən olaq.
Ömrün bir yerinəcən mənimlə gəlibməndən ayrılan dostlar,deyən, dünya bir az daşürəkli çıxdıbiz düşündüyümüzdən,deyən, bir-birimizitanıdığımız da oldu, tanımadığımız da.Mən bilən heç kəsinGünahı yoxdu mənim üstümdə,Özünüz bilən varsa, boş şeydi,mən günahlarıgünahlar olmamışdan bağışlayıram,yəni günahdan qabaq gəlir bağışlama.Bəlkə də bizi Tanrının yanına ancaqbağışladığımız günahlar qaldıracaq,
Dostlar, şükür, günahlarımız da dupduru!Yerüzündən bir az dərinəYolumuz düşhadüşdəbilin, qardaşlar, elə günah sarıdan damən ancaq sizlərdən biriydim,mən zalımsiz zalımların şairiydim.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-bizi-tanri-dergahina-ancaq-bagisladigimiz-gunahlar
Use ← → keys to move, R for a random poem
More by this author
Siz də, siz də eşitdinizmi? Bunu Hadi dedi, ya Cavad, Yusif Vəzir dedi, Müşfiq dedi, ya Cavid:– Budurmu, budurmu ölüm?! Bundanmı qorxursunuz, ay zalımlar! Bundanmı qorxursunuz?!
Böyük oğullar ayaqyalın yüyürüb keçdikcə göyüzünün qatlarını Tanrı da göndərər sonuncu qatdan böyük oğulların çiyinlərinə böyük oğulların qanadlarınıBu Şeir dünyaya gələndə bu dünyada nə insan, nə də dar ağacı vardı.Şair həmişə olanları yox, olacaqları yazır.
Hər şey bütöv addımlarla qaçar yarım adamlardan, yarım haqlardan, yarım millətlərdən, yarım xalqlardanBütöv Azərbaycanın son göyüzündən*Hanı şəhərlər, kəndlər, ağaclar,
İlahi yol aldatmaqdan yox, aldanmaqdan keçir... həm də İlahi yol aldatmaqdan yox, aldanmaqdan keçir. Həqiqətə aldada-aldada yox, aldana-aldana gedilir. Bununçün insan ən azı insan olmalıdır. Ən azı insan! Heç vaxt aldatmayan, hər an aldanmağa hazır insan!Allaha doğma?
Poems by other poets
Babat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
Gül bağıLənkəranın Gül bağında gəzirəm.Mən behiştin qucağında gəzirəm.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,