Bütöv Azərbaycanın son göyüzündən

Hanı şəhərlər, kəndlər, ağaclar,evlər, damlar?Göyüzündə tikanlı məftillərin üstüyləHara qaçırlar, hara, bu ayaqyalın adamlar?!Qaçırlar, qaçırlarayağı həmişə yalın həqiqətin dalınca,Qaçırlar yurd-yurd, ölkə-ölkə, qitə-qitə,çünkü insan ayaqyalın, çılpaq olunca,daha yaxın olur Allaha, təşnə olur həqiqətə.Kim bilir, bəlkə də əsil həqiqətancaq Allah üçündü,insançün ona çatmaq yox,ancaq ona yaxın olmaq mümkündü,o çatılmaz ucalıqda, enilməz dərindədi,bəlkə insançün yazılmayano həqiqəti aramaq dərdindəndibu gün dünyanın yarısının yalındı ayağı.

Yorulmadan qaçır, qaçır ayaqyalın adamlar,Çünkü onlara yarım həqiqət yox,bütöv həqiqət gərək.Çünkü yarım həqiqəthəm də yarım yalan demək.

Tikanlı illərin, əsrlərin üstüyləqaçır ayaqyalın qitələr, yarımadalar,qaçır, qaçır hər şeyin dalıncayarımaddımlarla yarımadamlar,

hər şey də bütöv addımlarlaqaçır, qaçır yarımadamlardan,yarımhaqlardan,yarımazadlıqlardan, yarımxalqlardan.

Arazın qaçan tikanlarına ayaq qoya-qoyaqaçır, qaçır ayaqyalın azərbaycanlılar,çünki Arazın tikanları ən ağrısız yerididünyanın,Ancaq o tikanların üstünəayaqlarını qoyanda yalınağrıları bir azca rahatlaşır azərbaycanlıların,bir də nə geyirsə geysinyenə ayaqyalın, yenə çılpaqyurdu yurdun, haqqı haqqıno tayında qalan xalq.

Bir də nə Araz?! Araz nə gəzir,canım, tikanlar var ancaq,minillik tikanlarımız bir-birimizə,min ildi böyüyüb indi çıxıb üzə,güllərimiz bəs eləməz beş-on günsevməyə,ancaq tikanlarımız çatar min illər,milyon illər ayrılığa,hələ neçə dəfə birləşib ayrılacağıq təzədən,bəlkə heç vaxt bilməyəcəyiknədi birlik, nədi ayrılıq,ayrılanda elə biləcəyik birik,bir olanda elə biləcəyik ayrıyıq.

Torpağım ağrıyır, çayım ağrıyır,dənizim ağrıyır, göyüm ağrıyır,Göyüzündə bayrağım,bayrağımda ulduzum, ayım ağrıyır,Göyüzündə tikanları görmədən qatar-qatar,tikanlara sancılıb düşür bizim elli,bizim dilli durnalar,ancaq nə qədər düşərlərçata bilməzlər yerə,onları göyüzündə saxlaya-saxlayagöyümüz ağrıyar göyümüz üstdə,gözümüz ağrıyar gözümüz üstdə,yaşımız ağrıyar yaşımız üstdə,cəlladlar yorular, başlar yorulmaz –təzə-təzə başlar cücərər, qalxarbaşımız düşdükcə başımız üstə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love