Hamıdan qabaq şairlər görüryazağzı balaca yaşıl otlarnecə qaldırır torpağı, daşı.Hamıdan qabaq yağışın, sözün adındanşairlər əyilib öpürdağı, daşı yarıb çıxanbalaca otların alnından.

Baxıb güllərə, çiçəklərə,arılara, kəpənəklərəHamıdan qabaq şairlər deyir:–Arıya, kəpənəyə yaxşı bax, atam,yaşatmağı bacarmalıdıyaşamaq istəyən adam.

İllərtək sıralanan dağlara baxantəkşairlər baxırlar gələn illərə,Baxıb görürlər illərin ətəyindəİndi hamıdan çox gülür bir adam,xəbəri yoxdu yazığın ancaq,illərin o üzündə hamıdan çox ağlayacaq.

Hamıdan qabaq şairlər görər,hamıdan qabaq şairlər deyər,hamıdan qabaq şairlər ölər.Dəyər, şeirim, dəyər, şairim,hamıdan qabaq görməyin,gördüyünü deməyin xətrinəhamıdan qabaq ölməyə dəyər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring